Yaşa görə aylıq müavinət alanların sayı açıqlandı

14:00 15.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin fevral ayında yaşa görə aylıq sosial müavinət alanların sayı 147 min nəfərdən çox olub.

 

Dövlət Sosial Müdafiə Fondundan hafta.az-a verilən xəbərə görə, onların 29,1%-ni kişilər, 70,9%-ni isə qadınlar təşkil edib.

 

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayında Azərbaycan Respublikası üzrə yaşa görə aylıq sosial müavinət alanların sayı 142 min nəfərə yaxın olub.

 

Onların 27,0%-ni kişilər, 73,0%-ni isə qadınlar təşkil edib.